"Juniper Research" analitik şirkətinin qənaətinə görə, dünya planşetlər bazarının hazırkı liderləri "Apple" və "Samsung" şirkətləri üçün çətin vaxtlar başlayıb.
Ekspertlərin qiymətləndirməsinə görə, 2019-cu ilədək şirkətlərin birgə payı ucuz modellərin populyarlığının artması və yeni qurğuların yaranması səbəbindən 38 faizədək azalacaq.
Lider istehsalçıların əsas rəqibi kimi mütəxəssislər Çinin "Lenovo" şirkətini qeyd edirlər. 2019-cu ilədək Çin istehsalçısının planşetlərin illik tədarük həcmini 30 milyon ədəd artıracağı gözlənilir. Buna dünyada "Yoga" seriyalı hibrid qurğuların satışının artması, eləcə də şirkətin yerli bazarda təqdim etdiyi rəngarəng çeşid xidmət edəcək.
Planşetlər bazarında əməliyyat sistemləri haqqında söz açan analitiklər "Windows" sisteminin mövqeyini möhkəmlədəcəyini qeyd edərək onun payının dörd ildən sonra 10 faiz olacağını bildiriblər. Bununla belə, "Juniper Research" nümayəndələri hesab edirlər ki, planşet bazarında aparıcı platforma "Android" olaraq qalacaq.
Mütəxəssislərin proqnozuna görə, yaxın illərdə hibrid modellərdən ənənəvi planşetlərdən fərqli olaraq ofislərdə istifadə olunacaq//İctnews
Bizi sosial şəbəkələrdə izləyin !