«The Atlantic» Joe Pinsker-in məqaləsini dərc edib. Yazı elektron poçtuna gələn məktubları dərhal oxuyanlar və poçtunda 5 min oxunmamış məktub saxlayanlardan bəhs edir.
«Necə olur ki, kimsə oxunmamış məktubları poçtuna yığır, digərləri isə rahat otura bilmir, onları bir-bir açıb oxuyur?» - müəllif sual edir.
2012-ci ildə aparılmış bir araşdırma üzə çıxarıb ki, iş e-mail-lərinin 70 faizi ünvana çatandan sonra 6 saniyə içində oxunur. Ancaq Kaliforniya Universitetinin informatika professoru Gloria Mark bir neçə il əvvəl bir tədqiqat aparıb. Ofis işçilərini bir həftə e-mail-dən uzaqlaşdırıblar və nəbzlərini ölçüblər. İşçilərin stress səviyyəsi əməlli-başlı azalıbmış
Mark bəzi adamlardan müsahibə alıb, aydın olub ki, bəziləri üçün e-mail nəzarət deməkdir. Ancaq bir e-mail-i belə oxumamış buraxanların məhsuldarlığı düşə bilər. «Bir tapşırığa yenidən diqqəti cəmləşdirmək üçün adama 25 dəqiqə lazım olur», - Mark deyir.
Lakin müəllif adətən səliqəli insanların e-mail-ləri dərhal oxuduğunu qeyd edir. Yəni bu, əslində gündəlik görməli olduğun işlərin siyahısına tez-tez baxmağa, siyahını yeniləməyə bənzəyir. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !