Pol Qobl: “Ermənistan ağır seçim qarşısındadır...”

17:25 | 27.06.2014
Pol Qobl: “Ermənistan ağır seçim qarşısındadır...”

Pol Qobl: “Ermənistan ağır seçim qarşısındadır...”

“Ermənistan ağır vəziyyətdən çıxmaq üçün qərar verməlidir. Bu xüsusda onun yaxşı variantları yoxdur, ancaq pislərdən ən yaxşısını seçməyi bacarmalıdır”. 
Musavat.com-un məlumatına görə, bunu “Amerikanın səsi” radiosunun erməni redaksiyasına müsahibəsində tanınmış amerikalı politoloq Pol Qobl söyləyib.
“Mən düşünmürəm ki, Rusiya Ermənistanın tərəfindədir. Moskva Ermənistandan sırf öz maraqları naminə istifadə edir”, - deyə politoloq vurğulayıb. Onun sözlərinə görə, Rusiya Krımı işğal eləməklə məhz öz maraqları baxımından olduqca ciddi səhvə yol verib: “Çünki indi bütün ölkələr Rusiyanın zor gücünə sərhədləri dəyişmək siyasətindən narahatdır. Əgər Ermənistan da bu yolla gedib Qarabağı zorla özünə birləşdirsə, yeni müharibənin içində və təcrid durumda olacaq”. 
“Keçmiş sovet respublikalarının sərhədləri Stalin dövründə müəyyənləşib və buna kimi onların arasında dəqiq sərhədlər olmayıb. Həmin sərhədlər nə qədər mübahisəli olsa da onların dəyişdirilməsi qat-qat təhlükəlidir, nəinki saxlanması” - əlavə edib Qobl.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM