Hollivud aktyorları Kori Monteyt və Pol Uokerin ölüm xəbərləri 2013-cü ilin ən populyar tvit siyahısında öndə yerləşiblər. Bu haqda "Twitter"in saytında yazılıb.
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, iyunun 29-da "Xor" serialı üzrə həmkarı Monteytin ölümü haqqında aktrisa Lea Mişelin ilk ictimai şərhi 408,2 min dəfə retvitlənib.
Noyabrın 30-da yol-nəqliyyat hadisəsində dünyasını dəyişmiş Uokerin nümayəndələrinin rəsmi bəyanatı isə 400,3 min dəfə retvitlənib.
"ICTnews"
Bizi sosial şəbəkələrdə izləyin !