• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021329
  • ₺ 0.0436
  • £ 2.2869

Polad Bülbüloğlu deputatlığa namizəd olacaq?- Açıqlama

Polad Bülbüloğlu deputatlığa namizəd olacaq?- Açıqlama
25.07.2024 11:51
Şuşadan deputat olmaq böyük şərəfdir. Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Novoe vremya” portalına müsahibəsində bildirib.

Belə ki, o, jurnalistin "Azərbaycan hazırda növbədənkənar parlament seçkiləri keçirməyə hazırlaşır. Bununla əlaqədar olaraq soruşmaq istərdik, parlamentdə Qarabağın ürəyi - Şuşa şəhərini təmsil etmək üçün deputatlığa namizədliyinizi verməyi planlaşdırırsınızmı? Axı siz atanız, SSRİ Xalq artisi Bülbülün anadan olduğu və yaşadığı, sizin də həyatınızın çox hissəsini keçirdiyiniz şəhəri təmsil etməyə hamıdan çox layiqsiniz” sualına belə cavab verib

"Şuşalılar məni parlamentdə öz nümayəndələri olaraq seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm. Şuşadan deputat olmaq böyük şərəfdir”.Siz, demək olar ki, düşüncələrimi oxuyaraq maraqlı sual verdiniz. Parlament seçkilərinin keçirilməsi istənilən dövlət və xalqın həyatında çox ciddi və məsuliyyətli hadisədir. Əlbəttə, ruhum oradadır. Mən artıq 3 dəfə "Xarıbülbül” festivalında iştirak etmişəm. Əsasını ötən əsrin 90-cı illərində qoyduğumuz festival ənənələrini davam etdirdiklərinə görə çox hörmətli İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə təşəkkür etmək istəyirəm. Və əlbəttə ki, Şuşanın doğma Azərbaycana qayıtması Ali Baş Komandanın xidmətidir. Hər birimiz canları bahasına doğma torpağın hər qarışını müdafiə edən əsgərlərimiz qarşısında borcluyuq. Əgər şuşalılar məni parlamentdə öz nümayəndələri olaraq seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm. Şuşadan deputat olmaq böyük şərəfdir. Bütün bu 30 il ərzində mədəniyyət beşiyi olan Şuşanın qaytarılmasını arzu edirdik və biz bunu etdik. İndi bizim əsas vəzifəmiz Qarabağın inkişafı və çiçəklənməsi üçün hər şeyi etməkdir”,- səfir bildirib.

YAP-ın Şuşadan (124 saylı Şuşa - Ağdam - Xocavənd) deputatlığa namizədi Babışova Leyla Adil qızıdır.

79 yaşlı Polad Bülbüloğlu 2006-cı ildən Azərbaycanın Rusiyadakı səfiridir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bank kartından pul oğurlayan qadın tutulub
Cəmiyyət 16:56
Bank kartından pul oğurlayan qadın tutulub
Qərbi Azərbaycan İcmasıİrəvan Qazılığı barədəbəyanat verib
Cəmiyyət 15:39
Qərbi Azərbaycan İcmasıİrəvan Qazılığı barədəbəyanat verib
Bakıda 3 min 600 manatlıq telefon oğurlanıb
Cəmiyyət 14:58
Bakıda 3 min 600 manatlıq telefon oğurlanıb
Şahin Bağırovdan yeni təyinat
Cəmiyyət 13:51
Şahin Bağırovdan yeni təyinat
Sabahın havası açıqlanıb
Cəmiyyət 13:13
Sabahın havası açıqlanıb
Kolbasa istehsalı azalıb
Cəmiyyət 12:50
Kolbasa istehsalı azalıb
Körpüdə çalışan fəhlə yıxılıb ölüb
Cəmiyyət 12:08
Körpüdə çalışan fəhlə yıxılıb ölüb
Vətəndaşların kart hesablarından nə qədər vəsait oğurlanıb?
Cəmiyyət 11:47
Vətəndaşların kart hesablarından nə qədər vəsait oğurlanıb?
Faktiki hava açıqlanıb - Bəzi bölgələrə leysan yağır
Cəmiyyət 11:31
Faktiki hava açıqlanıb - Bəzi bölgələrə leysan yağır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol