Polad Bülbüloğlu Qarabağdan DANIŞDI

15:40 | 28.07.2021
Polad Bülbüloğlu Qarabağdan DANIŞDI

Polad Bülbüloğlu Qarabağdan DANIŞDI

Rusiyanın Qarabağdakı missiyasının uzadılması barədə danışmaq hələ tezdir.
 
Anews.az xəbər verir ki, bunu Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bu ölkənin "RİA Novosti” İnformasiya Agentliyinə müsahibəsində bildirib.
 
"Öz tərəfimizdən dəfələrlə müharibənin bitdiyini, qarşıdurmanın keçmişdə olduğunu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sülh müqaviləsi imzalamalı və sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşdığımızı dəfələrlə bildirdik" – deyə səfir qeyd edib.
 
Polad Bülbüloğlu onu da bildirib ki, Ermənistan dövlətlərarası münasibətlərin həllini yenə ləngitməyə çalışmaqla bütün regionun hərtərəfli inkişafı üçün şərait yaradılmasına mane olur.
 
Fehruz Rza

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM