Azərbaycanaın Rusiyadakı səfiri Polad Bülbüloğlunun da iştirak etdiyi Parisdə YUNESKO-nun yeni baş direktoru vəzifəsinə səsvermə nətiəcsiz qalıb. İstiPress-in məlumatına görə, gizli səsvermənin ilk turu ötən gün olub.
Namizədliyi irəli sürülən şəxslərdən heç biri birinci mərhələdə lazımi dəstəyi ala bilməyib. Quruma rəhbər ikinci turda seçiləcək.
Qeyd edək ki, namizədlərdən heç biri tələb olunan ən azı 58 üzvünün səsini qazana bilməsə, səsvermə həftə ərzində növbəti dörd mərhələ ilə davam etməlidir.
Qalibin oktyabrın 13-dən gec olmayaraq açıqlanacağı gözlənilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !