Bu gün İkinci Fəxri Xiyabanda General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ildönümü münasibətilə anım mərasimi keçirilib.
General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev iyulun 14-də səhər saatlarında Tovuz istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər ikisinə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !