Polis avtobusu aşdı: ölən və yaralananlar var

09:45 | 10.03.2014
Polis avtobusu aşdı: ölən və yaralananlar var

Polis avtobusu aşdı: ölən və yaralananlar var

Türkiyədə 3 polisin ölümü, 22 polisin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in xəbərinə görə, hadisə bu gecə Kırşehir-Kayseri magistral yolunda baş verib. Məlumata görə, Kayseridən Ankaraya gedən çevik polisi aparan avtobus yolun Kırşehirin Mucur rayonundan keçən hissəsində bardürə çırpılaraq aşıb. Dərhal hadisə yerinə çox sayda təcili yardım avtomobili cəlb olunub və yaralılar Mucur rayon xəstəxanasına çatdırılıblar. Kırşehir meri faktla bağlı rəsmi açıqlama yayıb:“Kayseridən Ankaraya ezamiyyətə gedən 25 nəfərlik çevik polis avtobusu Mucur rayonunun yaxınlığında aşıb və təəssüf ki, 2 şəhidimiz var. Bütün yaralılar xəstəxanaya çatdırılıblar. 3 polisin vəziyyəti ağırdır. Yaralılara tibbi müdaxilə göstərilir. Qəzada şəhid olan polislərimizə Allah rəhmət eləsin”. Qeyd edək ki, polislərdən ikisi hadisə yerində, biri xəstəxanada ölüb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür