"Bu yaxınlarda polis bölməsində qediyyata düşənlər qeydiyyatdan çıxarılıb. Bunların arasında Qərbi Azərbaycandan olan vətəndaşlar da var. Belə şəxslər həm işləmək imkanını, həm sosial layihələrdən istifadə etmək imkanını itirir. Bizə bunla bağlı çoxlu müraciətlər daxil olur. Həssas kateqoriyadan olan insanlardır. Bu şəxslərin ya evləri qeydiyyata alınmalıdır, ya da bölmədə qeydiyyatda qalmalıdır. Yoxsa ortada bir gərginlik yaratmış oluruq”, - deputat noyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !