Polis bu şəxslə bağlı əhaliyə müraciət edib - VİDEO

10:20 | 20.01.2020
Binəqədi rayonu ərazisində yetkinlik yaşına çatmayan şəxsə qarşı soyğunçuluq edilib.

DİN mətbuat xidmətindən  Oxu24.com-a  verilən məlumata görə, zərərçəkənin valideyni metronun "Azadlıq prospekti” stansiyasının yaxınlığında övladının 780 manatlıq "Samsung” markalı mobil telefonunun 3 nəfər tərəfindən soyğunçuluq yolu ilə əlindən alındığını bildirib.

Məlumat daxil olan kimi Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Bölmə əməkdaşlarının isti izlərlə keçirdikləri tədbir nəticəsində soyğunçuluq edən şəxslər - əvvəllər məhkum olunmuş Tərtər rayon sakini Kamran Mirzəzadə və onun birlikdə qeyd edilən cinayətdə iştirak edən daha iki nəfər yetkinlik yaşına çatmayan şəxs tutulub.

Saxlanılan şəxslərin hər biri törətdikləri cinayəti etiraf edib. Dəstə üzvləri əldə etdikləri mobil telefonu hadisədən sonra satdıqlarını bildiriblər. 

Faktla bağlı 5-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Dəstə üzvlərinin, xüsusən Kamran Mirzəzadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

www.anews.az