Polis canlı yayımda etirazçını güllələdi

14:19 | 11.11.2019
Polis canlı yayımda etirazçını güllələdi

Polis canlı yayımda etirazçını güllələdi

Honkonqda baş tutan etiraz aksiyasında polis nümayişçiyə atəş açıb. Hadisə anı "Facebook”da canlı yayımlanıb. 

Məlumata görə, yaralı şəxs xəstəxanaya aparılıb və hazırda vəziyyəti ağırdır. 

Bu, aylardır davam edən etiraz aksiyalarından polisin etirazçılara atəş açdığı üçüncü hadisədir. 
Honkonqda etirazlar cinayət törədən şəxslərin Çinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi səbəbindən bu ilin iyununda başlayıb.

"Haber7”nin məlumatına görə, görüntülərdə polisin ona qarşı çıxan nümayişçiyə iki dəfə atəş açması əks olunub

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM