Polis çay evinə basqın etdi: Gördüklərindən şoka düşdülər

12:44 | 28.02.2020
Polis çay evinə basqın etdi: Gördüklərindən şoka düşdülər

Polis çay evinə basqın etdi: Gördüklərindən şoka düşdülər

Kürdəmir sakinindən küllü miqdarda narkotik vasitə olan "tiryək” aşkar olunaraq götürülüb. 

Oxu24.com -un  xəbərinə  görə, Kürdəmir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini  Rüstəm Fərzi oğlu Rzayev şübhəli şəxs qismində saxlanılıb. 

Rüstəm Rzayevin icarəyə götürərək işlətdiyi Kürdəmir şəhəri, C. Cabbarlı küçəsində yerləşən "Arxın üstü” adlanan çay evində keçirilən  axtarış zamanı, 1 ədəd poletilen torbada təmiz çəkisi-24,87 qram olan çətənə bitkisinin toxumları, 1 ədəd siqaret bükümü halına bükülmüş içərisində 0,80 qram narkotik vasitə olan qurudulmuş marixuana, 02 ədəd poletilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 65,008 qram, 10,358 qram; ümumi təmiz çəkisi 75,366 qram narkotik vasitə olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli tiryək aşkar edilərək götürülmüşdür.
   
Faktla bağlı Kürdəmir RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb