Polis Göyçayda suda boğulan azyaşlını xilas edib

14:00 | 04.06.2020
Polis əməkdaşı Göyçayda suda boğulan azyaşlını xilas edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları Etibar Əmirov və Elman Əhmədov şəhər ərazisində xidmət aparan zaman azyaşlının su kanalında boğulduğunu görüblər.

E.Əmirov dərhal həmin azyaşlını sudan çıxarıb, ona ilkin tibbi yardım göstərib. Kiçik yaşlı uşağın həyati təhlükəsi nəzərə alınaraq, polis əməkdaşı vaxt itirmədən öz şəxsi avtomobili ilə onu Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin müdaxiləsi ilə körpənin həyatı xilas edilib.

Polis əməkdaşları azyaşlının valideynləri ilə profilaktik söhbət aparıb, uşağı nəzarətsiz buraxmamaları barədə onları təlimatlandırıblar. Uşağın valideynləri də övladlarının həyatını xilas etdiyi üçün asayiş keşikçisinə minnətdarlıqlarını bildiriblər.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti