Polis kafedə insanları qorxudan şəxsə atəş açdı - VİDEO

16:22 | 18.01.2020
Türkiyənin İstanbul şəhərində kafedə həyəcanlı anlar yaşanıb.
"Haber Global”ın məlumatına görə, Bayrampaşa ərazisində bir nəfər kafeyə girərək müştəriləri qorxudub.

O, əlindəki əşya ilə kafedəki qabları sındırıb.Təşvişə düşüb küçəyə qaçan müştərilər polis çağırıb. Bu zaman o, əlindəki gitarını polislərə atıb.

Polis ona tabe olmayan şəxsi ayağından silahla vuraraq zərərsizləşdirib.

Hadisə yerində olan tibb işçiləri yaralıya ilkin müdaxilə ediblər.
Adı məlum olmayan şəxsin niyə belə bir hadisə törətdiyinin səbəbi bilinməyib.

www.anews.az