Oktyabrın 20-də metronun "Elmlər Akademiyası” stansiyası ərazisində xidmət aparan Metropolitendə Polis Şöbəsinin əməkdaşlarına yaxınlaşan bir gənc 2 naməlum şəxsin mobil telefonunu alaraq qaçdığını bildirib.
DİN-nin mətbuat xidmətindən anews.az-a verilən məlumata əsasən, polis əməkdaşları dərhal həmin şəxsləri təqib edərək yaxalayıb və şöbəyə gətiriblər.
Araşdırmalarla onların Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuş Kənan Əliyev və Əli Həsrətov olduqları məlum olub.
Müəyyən edilib ki, onlar səhər saat 8.00 radələrində metrostansiyanın qarşısında tələbə Kamran Məmmədzadəyə yaxınlaşıblar və sonuncunun mobil telefonunda zəng etmək üçün konturun olub-olmadığını soruşublar. Onlardan biri kiməsə zəng etmək üçün telefonu alaraq, danışmaq adı ilə kənara çəkilib. Kamranın yanındakı ikinci şəxs isə qaçıb aradan çıxmağa çalışıb.
Üzərlərinə baxış zamanı K.Məmmədzadəyə məxsus mobil telefon aşkar edilərək, maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !