Binəqədidə yanan binanın sakinləri hazırda hadisənin baş verdiyi əraziyə toplaşıblar.
"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, sakinlər binaya daxil olmaq, mənzillərinə baxmaq, yanğın zaman ziyan dəyməyən əşyalarını götürmək üçün içəri keçmək istəyirlər. Amma binanı mühafizə edən hüquq-mühafizə orqanlarının əməkdaşları sakinlərə binaya daxil olmağa icazə verməyiblər, onları ərazidən uzaqlaşdırıblar.
Binanın qarşısında toplaşan sakinlərdən bəziləri gecəni qohumlarının evlərində keçirdiklərini deyiblər.
Hadisə yerində olan Binəqədi rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov "Report"a deyib ki, hazırda binanın içərisində yoxlama aparılır.
O bildirib ki, binada söküntü işləri aparıldığından təhlükəsizlik baxımından bütün sakinlər yanğınla əlaqədar yaradılan qərargaha göndərilir: "Gecədən vətəndaşların müəyyən olunan yerlərdə yerləşdirilməsi təmin edilib. Sakinlər əsasən Bilgəh qəsəbəsindəki Sərhəd Qoşunlarının pansiantlarında yerləşdirilib. İnsanların əksəriyyətinə 1000 manat kompensasiya da verilib. Qərargahda bütün məsələlər müzakirə olunur və yaxın günlərdə problemlər həll olunacaq".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !