Polis rəisi yeni vəzifəyə təyin edildi - FOTO

11:30 | 24.11.2021
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Nazirin əmrinə əsasən, polis mayoru Məmmədov İkram Əlibaba oğlu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Təşkilati İnspeksiya Bölməsinin baş inspektoru vəzifəsinə təyin edilib. Qeyd edək ki, o, bu təyinata qədər Masallı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi bölməsinin (DYP) rəisi vəzifəsinə çalışıb. (Oxu.az) 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM