Şəkidə ağır yol qəzası baş verib.Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə dünən Şəki-Zaqatala yolunun 31-ci kilometrliyində, Şəkinin Aşağı Göynük kəndi ərazisində qeydə alınıb.Bakı şəhər sakini Samir Əmrahovun idarə etdiyi “Nissan” markalı, 90 AP 809 dövlət nömrə nişanlı avtomobil idərəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə avtomobildə olan sürücünün qızı, 2006-cı təvəllüdlü Suada Əmrahova aldığı xəsarətdən hadisə yerində keçinib. Sürücü və avtomobildə olan digər şəxslər - sürücünün həyat yoldaşı Asudə Əmrahova, digər qızı Zümrüd Əmrahova isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.Bu gün həmin yol qəzasının görüntüləri yayılıb. APA-nın əldə etdiyi həmin görüntülərdən məlum olur ki, polis əməkdaşı Samir Əmrahovun qəza törətdiyi avtomobil onun xidməti maşını olub.Qəzadan dərhal sonra çəkilən həmin fotolarda S. Əmrahovun huşsuz vəziyyətdə yerdə uzandığı əks olunub.Qeyd edək ki, S. Əmrahov Goranboyun polis rəisinin köməkçisi olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !