Polis rüşvət aldığı pulu yemək istədi - Əməliyyat

12:09 | 07.04.2014
Polis rüşvət aldığı pulu yemək istədi - Əməliyyat

Polis rüşvət aldığı pulu yemək istədi - Əməliyyat

Rusiyanın paytaxtı Moskvada maraqlı hadisə baş verib. ANN.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, əməliyyatçılar işi rüşvətlə həll edən polis kapitanını saxlayıblar. 

İzlənildiyini görən polis öz maşınına minib və ona rüşvət kimi verilən pulları yeməyə başlayıb. Pulun miqdarının nə qədər olması barədə məlumat verilməyib. Əməliyyatçılar baş verənə dərhal reaksiya göstəriblər və həmkarlarının maşının şüşəsini sındıraraq, şübhəlini saxlayıblar. 

Kapitanın işi prosesual həll üçün prokuraturaya göndərilib. Moskva polisinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışlardan sonra günahkar polis orqanlarından xaric ediləcək. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM