Polis “Sovetski” sakinlərini ərazidən uzaqlaşdırdı

17:08 | 03.03.2014
Polis “Sovetski” sakinlərini ərazidən uzaqlaşdırdı

Polis “Sovetski” sakinlərini ərazidən uzaqlaşdırdı

173 saylı orta məktəbin qarşısına toplaşan Bakının “Sovetski”məhəlləsinin bir qrup sakini polis tərəfindən ərazidən uzaqlaşdırılıb.APA-nınhadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, sakinlərdən birneçəsi yaxınlıqdan keçən avtomobil yolunu bağlamaq istəsə də, polis bunaimkan verməyib. Bunun ardınca sakinlər ərazidən uzaqlaşdırılıblar. *****Yasamal Rayon İcra Hakimiyyətində Bakının “Sovetski” məhəlləsinin sakinlərinin yaratdığı Təşkilat Komitəsinin üzvləri ilə görüş başlayıb.APA-nın verdiyi məlumata görə, görüşdə Yasamal Rayon İcra başçısının birinci müavini Səməd İslamov Təşkilat Komitəsinin suallarına hökumət tərəfindən verilən cavabları oxuyub. İlk olaraq bildirilib ki, bu ərazidə torpaqlar dövlət ehtiyacları ilə bağlı qanunvericiliyə uyğun alınmır, yalnız dövlət əhəmiyyətli yolların çəkilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərinin tikilməsi məqsədilə dövlət ehtiyacı üçün torpaq alınır. Yasamal rayonunda yol infrastrukturunun genişləndirilməsi üçün aparılacaq tikinti üçün isə Mülki Məcəlləsinin 565-ci maddəsinə uyğun alqı-satqı ilə həyata keçiriləcək. Buna görə də sakinlərdən mənzillərin könüllü alınması nəzərdə tutulub. Mənzillərin hər 1 kv.m üçün 3500-4000 min manat təklifinə gəlincə, bununla bağlı cavabda bildirilib ki, Mülki Məcəllənin 139.1 maddəsinə görə, satın alınması nəzərdə tutulan evlərin bir hissəsinin “kupça”ların olmamasına baxmayaraq, sakinlərin uzun müddət yaşaması, mərkəzə yaxınlığı nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinə bu mənzillərin sahiblərinə ödəniş verilməsi barədə tapşırıq verilib. Digər tərəfdən, ərazidə yerləşən tikililərin böyük əksəriyyəti mövcud tikinti normalarına, yaşayış normalarına uyğun gəlmir. Kommunikssiya sistemləri yaxşı vəziyyətdə deyil. Son dövrlərdə daşınmaz əmlakların hər birinin 1 kv m.-nin 1500 manatdan az olması müəyyən edilib. Buna baxmayaraq, sakinlərə 1500 manat təklif olunur və bu, bazar qiymətinə uyğundur. Sakinlərin təklif etdiyi 3500-4000 manatın reallığa uyğunluğu isə yoxdur. 100 sakin həmin vəsaiti bankdan götürüb. Obyektlərini həmin qiymətə satmaq üçün xeyli müraciət edən də var. Hər bir ailəyə fərdi yanaşma ilə bağlı təklifə gəlincə, cavabda qeyd edilib ki, satınalma mənzil sahibləri ilə qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək. Razılaşma olduqda, məbləğ sakinlərin hesabına köçürüləcək və bu zaman mənzildə qeydiyyatda olanların sayı nəzərə alınmır. Söküntü zamanı divarların, soba yerinin və s. sahəsinin də nəzərə alınmasına gəlincə, bununla bağlı cavabda bildirilib ki, məsələ Mülki Məcəllənin 59-cu maddəsinə əsasən tənzimlənir. Sahə otaqların, mətbəx və şüşəbəndlərin sahəsi də daxil olmaqla hesablanır, divarların, sobanın yerləşdiyi sahə mənzil sahəsinə aid edilmir. Satınalma zamanı mənzillərin yerləşmə sahəsi, təmirinin nəzərə alınması, fərdi yanaşma olmasına gəlincə, cavabda vurğulanıb ki, satın alınacaq obyektlər üçün təklif edilən 1500 manat təmir nəzərə alınaraq müəyyən edilib. Söküntü zaman əhalinin məişətinə hər hansı təsir gösərilməməsi ilə bağlı təklifə cavab olaraq bildirilib ki, mülkiyyətçilərlə razılaşma əldə edilməli və kompensasiya ödənilməlidir, bundan sonra müvafiq söküntü işləri başlana bilər. Sakinlərin şəhərin mərkəzində mənzillərlə təmin edilməsi təklifinə də müsbət cavab verilməyib. Qeyd olunub ki, torpaqlar dövlət ehtiyacı üçün alınmadığı üçün mənzil sahibləri ilə münasibətlər Mülki Məcəllə ilə tənzimlənməlidir. Sakinlərin güc tətbiq edilməməsi ilə bağlı istəyinə isə müsbət cavab verilib. Bildirilib ki, Mülki Məcəllənin 405-ci maddəsinə əsasən, tərəflər razılığa gəldikdə müqavilə bağlanmış sayılır, razı olmayan sakinlər əvvəlki qaydada yaşamağa davam edə bilərlər. Təşkilat Komitəsinin üzvləri ilə müzakirə davam edir.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti