Bir neçə gün əvvəl polis zorakılığı səbəbilə dünyasını dəyişən Corc Floydda COVİD-19 aşkarlandığı bildirilib.
Yeniavaz.com "ABC News"a istinadla xəbər verir ki, Floydun cəsədinin müayinəsi zamanı onda yeni növ koronavirus olduğu məlum olub. Həkimlər tərəfindən verilən açıqlamaya görə, ikinci sınaq zamanı testin cavabı müsbət çıxıb. Həmin xəstəlik 46 yaşlı Floydda asimptomatik olaraq özünü göstərib. Ancaq, bu xəstəliyin ölümə səbəb olacaq dərəcədə olmadığı bildirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !