Bu barədə Yenicag.az-ın redaksiyasına zərərçəkmiş vətəndaşlardan Ruslan Nəsibli müraciət edib.
Nəsiblinin sözlərinə görə, özünü polis kapitanı kimi təqdim edən Əhmədov Kənan Böyükağa oğlu insanların inamından sui-istifadə edərək, onların pulunu dələduzluq yolu ilə mənimsəyir.
İddiaya görə, zərərçəkənlər arasında Azərbaycanın xalq artisti Alim Qasımovun kürəkəni də var. Əhmədov Kənan Qasımovun kürəkənini işə düzəltmə adı ilə aldadaraq ondan 30 min manat pul alıb.
Yenicag.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat ximdətinin rəisi, polis polkovniki Ehsan Zahidov zərərçəkmiş vətəndaşların yerli hüquq-mühafizə orqanlarına müraciət etmələrini xahiş edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !