• $ 1.7
  • € 1.9735
  • ₽ 0.021877
  • ₺ 0.04
  • £ 2.2468

Polisdən qaçmaq istəyən narkokuryer maşınını yandırıb

Polisdən qaçmaq istəyən narkokuryer maşınını yandırıb
30.11.2024 15:27
Biləsuvarda cinayət təqibindən yayınmağa cəhd edən narkokuryer avtomobili yandırıb.
 
Biləsuvar rayonunda polis və gömrükçülərin həyata keçirdikləri birgə əməliyyat zamanı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb.

Belə ki, 37 yaşlı A.Qarayev külli miqdarda narkotik vasitəni özünə məxsus avtomobillə çətin relyef şəraiti olan ərazidən ölkəyə keçirməyə cəhd göstərib. Həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən təqib olunduğunu görən zaman məsuliyyətdən yayınmaq üçün avtomobili içərisində olan narkotik vasitələrlə birgə yandıraraq oradan uzaqlaşıb.
 
Keçirilən baxış zamanı həmin avtomobildən ümumilikdə 7 kiloqram marixuana, heroin, tiryək və 45 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində A.Qarayev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, A.Qarayev barəsində həbs qətimkan tədbiri seçilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeron Mərkəzi Xəstəxanasında hündürlükdən yıxılan şəxs ölüb
Cəmiyyət 23:10
Abşeron Mərkəzi Xəstəxanasında hündürlükdən yıxılan şəxs ölüb
Bakıda restoranda yanğın olub - Video
Cəmiyyət 22:47
Bakıda restoranda yanğın olub - Video
Tovuzda zəncirvari qəza olub, xəsarət alan var
Cəmiyyət 21:55
Tovuzda zəncirvari qəza olub, xəsarət alan var
Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi endirilib – Qərar
Cəmiyyət 21:06
Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi endirilib – Qərar
Ağdərə sakini minaya düşüb - Yenilənib
Cəmiyyət 19:18
Ağdərə sakini minaya düşüb - Yenilənib
Sabah bu ərazidə qaz olmayacaq
Cəmiyyət 19:00
Sabah bu ərazidə qaz olmayacaq
İraqın rabitə naziri Azərbaycana gəlib
Cəmiyyət 18:39
İraqın rabitə naziri Azərbaycana gəlib
Masallıda marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Cəmiyyət 17:38
Masallıda marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
11 ayda 65 yeni domen qeydiyyatdan keçib
Cəmiyyət 17:14
11 ayda 65 yeni domen qeydiyyatdan keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol