Türkiyədə "Paralel hökumət"ə qarşı aparılan istintaq davam edir
Türkiyədə "paralel hökumət"ə qarşı aparılan istintaq çərçivəsində daha 20 polis əməkdaşı saxlanılıb.
ANS PRESS-in məlumatına görə, İzmirdə qeyri-qanuni dinləmə iddiaları ilə əlaqədar bəzi ünvanlara eyni vaxtda əməliyyatlar təşkil edilib. Ölkənin 13 bölgəsində aparılan əməliyyatlarda haqqlarında axtarış qərarı çıxarılan 32 polisdən 20-i saxlanılıb.
Qeyd edək ki, İzmir Prokurorluğu ötən həftə"paralel hökumət" tərəfindən dinlənildiyi məlum olan təxminən 50 nəfərin şikayətindən sonra istintaq başladıb.
Bu çərçivədə 19-u İzmirdə, digərləri İstanbul və Yalovanın da aralarında olduğu 13 regionda olmaqla cəmi 32 nəfər haqqında həbs qərarı çıxardılıb. Şübhəlilər arasında İzmirdə şöbə müdürü vəzifəsində çalışan 1 nəfərin adını da olduğu bildirilir.
ANN.Az