Polisin öldüyü qəza ilə bağlı rəsmi məlumat yayıldı - FOTOLAR

13:13 | 16.08.2020
Polisin öldüyü qəza ilə bağlı rəsmi məlumat yayıldı - FOTOLAR

Polisin öldüyü qəza ilə bağlı rəsmi məlumat yayıldı - FOTOLAR

Fövqəladə Hallar Nazirliyi Samux rayonunun Çobanabdallı kəndində "Mercedes” markalı minik avtomobili və "NEW Holland TC-5050” markalı kombayn toqquşması barədə məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyindən Anews.az-a verilən məlumata görə, nazirliyin "112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Samux rayonunun Çobanabdallı kəndində "Mercedes” markalı minik avtomobili və "NEW Holland TC-5050” markalı kombayn toqquşub. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü polis əməkdaşı, leytenant Çağırqanov Elnur Vahid oğlunun və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb