Yeni Ələt-Astara yolunda polis əməkdaşları tərəfidnən saxlanılan avtomobil sürücüsü sərnişini ilə birgə hadisə yerindən qaçıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, noyabrın 16-da saat 7 radələrində Yeni Ələt-Astara yolunun 47-ci kilometrliyində Kürdəmir rayon sakini M.İbrahimovun idarə etdiyi "VAZ-2107” markalı avtomobil konstruksiyaları dəyişdiyinə görə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əməkdaşları tərəfindən saxlanılıb.
Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə Y.Fətəliyev saxlanılaraq narkotik vasitə ilə birgə Salyan Rayon Polis Şöbəsinə təhvil verilib.
Araşdırmalarla həmin bükümdə 20 qramdan artıq heroin və 0,170 qram metamfetaminin olması müəyyən edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !