Polislər hər yerdə bu qızı axtarır - FOTOLAR

10:12 | 12.06.2014
Polislər hər yerdə bu qızı axtarır - FOTOLAR

Polislər hər yerdə bu qızı axtarır - FOTOLAR

“Bir də içəri girsəm, ölüm çıxar. Məni assalar, daha yaxşıdır”Narkotik vasitələrin istifadəsi və satışında adı yenidən hallanan məşhur Türk müğənnisi Dəniz Səki gizlənəcək yaxşı yer tapıb.ANS PRESS-in məlumatına görə, 2009-cu ilin fevralında tutulub, oktyabrında azad olunduqdan sonra bu ilin may ayında haqqında yenidən həbs qərarı çıxarılan ifaçını tapmaq mümkün deyil. 6 il 3 ay müddətinə həbsə məhkum edilmiş Dəniz, mayın 30-da tutulma əmri verilməzdən öncə “bir də içəri girsəm, ölüm çıxar. Məni assalar, daha yaxşıdır” demişdi. Qeyd edək ki, həbs qərarı çıxandan sonra 12 gündür ki, heç bir yerdə tapılmayan müğənni, iddialara görə, İstanbulda rəfiqələrindən birinin evində gizlənir. Ələ keçməmək üçün evdən çölə çıxmayan Dəniz Səkinin ailəsi və nişanlısı Faruk Salmanla da görüşmədiyi ehtimal olunur. Ən maraqlısı isə budur ki, sənətçinin qohumları da onun yerini bilmədiklərini deyirlər. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM