Polislər paytaxtda etiraz aksiyası keçiriblər

10:21 | 07.03.2014
Polislər paytaxtda etiraz aksiyası keçiriblər

Polislər paytaxtda etiraz aksiyası keçiriblər

Portuqaliyanın paytaxtı Lissabonda polislər etiraz aksiyası keçiriblər. Axşam saatlarında parlament binası qarşısında baş tutan aksiyaya minlərlə polis əməkdaşı qatılıb. Aksiyaçılar əllərində həmkarlar ittifaqının bayraqları ilə daxili işlər naziri Migel Masedoya qarşı şüarlar səsləndiriblər. Əmək haqlarının az olmasından şikayət edən fəallar vəziyyətlə əlaqədar tədbir görülməcəyi təqdirdə parlamentə hücum edəcəklərini açıqlayıblar.Bir qədər əvvəl nazir Masedo polislər zorakılığa yol verəcəyi təqdirdə onlara qarşı hüquqi müstəvidə ölçü götürüləcəyini qeyd etmişdi.Xatırladaq ki, ötən ilin Noyabr ayında keçirilən etiraz aksiyaları zorakılıqlarla müşahidə olunmuş, nəticədə polis qüvvələrinin direktoru vəzifəsindən istefa vermişdi.//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM