Polisləri daşıyan avtomobil qəzaya uğradı

11:00 | 27.10.2017
Polisləri daşıyan avtomobil qəzaya uğradı

Polisləri daşıyan avtomobil qəzaya uğradı

Türkiyənin İzmir əyalətinin Bornova rayonunda içərisində polis əməkdaşları olan avtomobilin qəzaya uğraması nəticəsində 2 polis ölüb, 3-ü yaralanıb.

Anews.az Haber 7-yə istinadən xəbər verir ki, sürücü idarəetməni itirərək avtomobili yolun kənarındakı beton dirəyə çırpıb.

Qəzanın yaranmasına səbəb kimi polisləri daşıyan avtomobilin başqa bir avtomobil tərəfindən sıxışdırılması göstərilir.

Yaralı polis əməkdaşları xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətinin ağır olduğunu bildiriblər.

Qəza ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM