• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Bakının qardaşlaşdığı şəhərlər - SİYAHI

Bakının qardaşlaşdığı şəhərlər - SİYAHI
16.02.2016 11:04
Qardaşlaşmış şəhərlər birliyi bir-birindən uzaqda, fərqli coğrafi mövqelərdə yerləşən, bir-birinin tarixi, mədəniyyəti və ictimai həyatı ilə tanış olmağa imkan verən platormadır. 

Şəhərələr arasındakı əməkdaşlıq bədii və idman kollektivlərinin qarşılıqlı səfərləri, həmin şəhərlərin təsərrüfatı, tarixi, əbəbiyyatı və gələcək inkişaf planları ilə bağlı sərgilərdən, nümayəndə heyətlərinin görüşündən ibarətdir.

İkinci Dünya Müharibəsində çoxsaylı dağıntılar müxtəlif ölkələrin şəhərləri arasında həmrəyliyi möhkəmləndirdi. Hələ 1944-cü ildə alman nasistlərinin dağıdıcı hücumlarına məruz qalmış SSRİ-nin Stalinqrad və Böyük Britaniyanın Koventri şəhərləri dostluq və əməkdaşlıq haqda müqavilə imzalamışdı.

1957-ci il aprelin 28-də Fransanın Eks-le-Ben şəhərində Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyası yaradıldı. Bu gün həmin qurum öz sıralarında dünyanın 160 ölkəsindən 3500-dən çox şəhəri birləşdirir. 
Mərkəzi hazırda Parisdə yerləşən bu təkşilatın təklifi ilə hər il aprelin son bazar günü Beynəlxalq Qardaşlaşmış Şəhərəlr Günü kimi qeyd olunur.

Azərbaycan paytaxtı Bakı da bu ümumdünya tendensiyasından geri qalmayıb və tarixi boyu fərqli qitələrdə yerləşən şəhərlərlə qardaşlaşıb. Bakı ilk dəfə hələ keçmiş SSRİ-nin tərkibində olarkən Afrika dövləti Seneqalın paytaxtı Dakarla qardaşlaşmışdı. 1970-c ildə baş verən həmin hadisənin izləri bu gün də qalmaqdadır. "Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən Dakar meydanı bunun sübutudur.

1970-c iillərdə Bakı İtaliyanın Neapol (1972-ci il), o vaxtkı Yuqoslaviyanın Sarayevo (1975) şəhərləri ilə də qardaşlaşmaq haqqında müqavilə imzalayıb. Bakıda Neapol və Sarayevo küçələri həmin qardaşlaşmanın bir simvolu olaraq qalmaqdadır. 
Sonrakı illərdə İraqın Bəsrə (1972), ABŞ-ın Hyuston (1976) şəhərləri də Bakı ilə qardaş şəhər olublar.

1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra Bakının dünya şəhərləri ilə əməkdaşlığı yeni mərhələyə qədəm qoydu. Bu illərdə Bakı Rusiyanın Moskva və Sankt-Peterburq, Ukraynanın Kiyev, Səudiyyə Ərəbistanının Ciddə, İranın Təbriz, Fransanın Bordo, Cənubi Afrika Respublikasının Pretoriya, Almaniyanın Maynts, ABŞ-ın Honolulu və Vaşinqton, Türkiyənin İstanbul və İzmir şəhərləri ilə qardaşlaşıb.//Modern.az

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Putin:
11:08
Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"
Nazirliklərdən birinin adı dəyişdirildi
Siyasət 05:24
Nazirliklərdən birinin adı dəyişdirildi
Azərbaycan Müdafiə Nazirliyindən Ohanyana CAVAB
Siyasət 04:21
Azərbaycan Müdafiə Nazirliyindən Ohanyana CAVAB
Kerridən Qarabağla bağlı çağırış
Siyasət 03:55
Kerridən Qarabağla bağlı çağırış
İlham Əliyev Viktor Yuşenkonu qəbul etdi
Siyasət 02:59
İlham Əliyev Viktor Yuşenkonu qəbul etdi
Ordumuz hərbi təlimlərə başlayır
01:57
Ordumuz hərbi təlimlərə başlayır
Xorvatiyanın Bakıda viza mərkəzi fəaliyyətə başladı
Siyasət 00:57
Xorvatiyanın Bakıda viza mərkəzi fəaliyyətə başladı
Putin Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırdı
Siyasət 22:39
Putin Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol