• $
  • €
  • ₽
  • ₺
  • £

Prokurorların səlahiyyətləri artırılır

Prokurorların səlahiyyətləri artırılır
25.02.2016 11:56
"Həmin işlərə baxmaq səlahiyyəti isə məhkəmələrə aiddir”.

Azərbaycanda bir sıra məsələlərdə prokurorların səlahiyyətlərinin artırılması nəzərdə tutulur.

Oxu.Az xəbər verir ki, hüquqşünas-ekspert Ərşad Hüseynov bildirib ki, bu məsələ Milli Məclis tərəfindən qəbul edilən yeni İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb.

Onun sözlərinə görə, yeni İnzibati Xətalar Məcəlləsində əksər xəta tərkibləri, məsuliyyətə cəlb etmə qaydası və digər məsələlər köhnədə olduğuna oxşardır. 

Məcəllədə ən ciddi konseptual yenilik prokuror nəzarəti ilə bağlıdır:

"Yeni Məcəllə inzibati xətalara dair işlər üzrə icraatda prokurorun rolunu əsaslı şəkildə dəyişərək, onu cinayət prosesində iştiraka yaxınlaşdırma istiqamətində ciddi addım atıb. Bir xeyli xətalar var ki, onlara görə məsuliyyətə cəlb etmə prokurorların qərarı ilə olacaq. 

Həmin işlərə baxmaq səlahiyyəti isə məhkəmələrə aiddir. Həmin xətalar əsasən vəzifəli şəxslərin prosedur qaydalarını pozması ilə bağlıdır. 

Hətta yetkinlik yaşına çatmayanların (16-18 yaş arasında olanların) törətdiyi bütün xətalara dair işlər barədə prokurora məlumat verilməlidir və o, bu işlərdə iştirak edə bilər. 

Prokurora məlumat verilmədən həmin işlərə baxıla bilməz. 

Ən maraqlısı odur ki, kimsə vəkil adından qanunsuz istifadə edərsə, o da prokurorun qərarı ilə başlanmış iş üzrə məhkə tərəfindən 200-300 manat, vəzifəli şəxs olarsa, 600-800 manat məbləğində cərimələnəcək”.

Qeyd edək ki, yeni İnzibati Xətalar Məcəlləsi 2016-cı il martın 1-dən qüvvəyə minəcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol