• $ 1.7
  • € 1.7732
  • ₽ 1.8979
  • ₺ 0.0468
  • £ 2.1411

Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA

Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
29.05.2020 11:52
İrəvanda Paşinyanın hakimiyyətə gəlişi ilə nəticələnən "məxməri inqilab” Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə də gəlir.

Publika.az xəbər verir ki, Serj Sarkisyan tərəfindən həbsə atılan Samvel Babayan və Jirayr Səfilyanın azad olunması Xankəndində "Qarabağ klanı”ndan ibarət qondarma rejimin devrilməsi ilə nəticələnə bilər.

Ermənistan mediası Səfilyanın həbsdən azad olunandan sonra Xankəndinə yürüş keçirəcəyini yazıb.

Keçmiş erməni kəşfiyyatçı, hazırda siyasi fəaliyyətlə məşğul olan Vaan Badasyan inqilabın küləyinin Xankəndinə çatdığını deyib.

Onun fikrincə, Nikol Paşinyan hüquq-mühafizə strukturlarında keçmiş hakimiyyətin adamlarının təsirini nəzərə alaraq, Babayanla Səfilyanı azad etməyə tələsmir.

"Lakin bu, mütləq baş verəcək. Qarabağ keçmiş rejimin əlindədir və inqilab artıq ora doğru yaxınlaşır. Qarabağdakı ermənilər qorxu içində yaşayır və onlar Xankəndindəki mövcud rejimdən azad olmaq istəyirlər. Qarabağda rejimin dəyişməsi hava-su kimi lazımdır. Əks təqdirdə biz daha pis nəticələrlə üzləşə bilərik”, - deyə o bildirib.

Keçmiş kəşfiyyatçı "daha pis nəticələr” deyəndə nəyi nəzərə tutduğunu açıqlayıb.

O hesab edir ki, Xankəndindəki rejimin zülmü altında yaşayan ermənilər İrəvandan dəstək almasalar, başqa istiqamətə üz çevirə bilərlər.

"Bəli, bu, Bakı ola bilər. Azərbaycan rəhbərliyinin Qarabağ siyasətində prioritet istiqamətlərdən biri də oradakı ermənilərin Ermənistandan üz çevirməsini təmin etməkdir. Çünki Azərbaycan dəfələrlə Qarabağdakı ermənilərin öz vətəndaşı olduğunu və münaqişə həll olunandan sonra onların orada rahat şəkildə yaşaya biləcəyini deyir. Bu, istər-istəməz zülm altında yaşayan insanları cəlb edir. Bütün bunları nəzərə alaraq, təcili şəkildə Qarabağdakı rejimi dəyişmək lazımdır”, - deyə o iddia edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Siyasət 12:33
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Siyasət 11:52
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Ermənistandan Qarabağda müharibə anonsu
Siyasət 11:51
Ermənistandan Qarabağda müharibə anonsu
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Siyasət 11:31
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Ramil Usubov yeni rəis təyin etdi
Siyasət 11:29
Ramil Usubov yeni rəis təyin etdi
Ermənilər Bakı adı ilə şantaj edilir – Cəbhədə hücum olacaq?
Siyasət 11:21
Ermənilər Bakı adı ilə şantaj edilirCəbhədə hücum olacaq?
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
Siyasət 11:20
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
DİQQƏT! Bu cərimə ləğv olundu
Siyasət 11:07
DİQQƏT! Bu cərimə ləğv olundu
Sarkisyan Aprel döyüşlərindən danışdı
Siyasət 10:55
Sarkisyan Aprel döyüşlərindən danışdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol