• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Minlərlə ailəyə şad xəbər: Prezidentin sərəncamı nəyi dəyişəcək?

Minlərlə ailəyə şad xəbər: Prezidentin sərəncamı nəyi dəyişəcək?
20.02.2019 11:07
Prezident İlham Əliyevin fevralın 19-da imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Fərmanı 400-dək yaşayış kompleksinə şamil olunacaq, 50 minədək mənzili əhatə edəcək.

Bu barədə Azərtac-a Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) şöbə müdiri Qulu Xəlilov deyib.

Q.Xəlilov bildirib ki, "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı on minlərlə ailənin sevincinə səbəb olub:

"2019-cu il yanvarın 1-dən etibarən hazır çoxmənzilli yaşayış binalarının qeydiyyat proseduru sadələşdirilib. Əvvəl bəzi belə binalarda yaşayan vətəndaşlar bir çox problemlə üzləşirdi. Lakin bundan sonra qeydiyyatla bağlı problemlər öz həllini tapacaq. Əmlak Məsələləri Dövlət Komitəsi qısa müddət ərzində müəyyən olunmuş qaydada bu binalarda mənzillərin dövlət qeydiyyatına alınmasının təmin edəcək, sakinlərə çıxarışlar təqdim olunacaq.

"Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətləri birbaşa vətəndaşların ünvanına gətirilir. Səyyar xidmət göstərən ƏMDK-nin əməkdaşları tərəfindən vətəndaşlara çıxarışlar yaşayış ünvanında yerindəcə təqdim olunacaq. Bu Fərman, eyni zamanda, vətəndaşların daşınmaz əmlak bazarında leqal əmlaklara üstünlük verməsinə, mənzillə bağlı leqal əməliyyatların həyata keçirilməsinə, mövcud problemlərin həllini tapması, aparılan əməliyyatlar üzrə həm dövlət büdcəsinə daxilolmaları artıracaq, həm də mənzil idarəçiliyi baxımından yığılıb qalan problemlərin həllinə gətirib çıxaracaq. Vətəndaşlar artıq düzgün şəkildə vergi ödəyəcək, bu vergi isə dövlət büdcəsinə yönələcək”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol