• $ 1.7
  • € 1.9697
  • ₽ 0.0208
  • ₺ 0.0419
  • £ 2.2692

Tanınmışlardan kim seçildi? — İlkin siyahı

Tanınmışlardan kim seçildi? — İlkin siyahı
24.12.2019 11:07
Ötən gün keçirilən bələdiyyə seçkilərində ilkin nəticələr artıq Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.
 
Oxu24.com   xəbər verir ki,  MSK sədrinin sözlərinə görə, artıq məntəqələrin 90,24 faizi üzrə nəticələr müəyyənləşib. Beləliklə, 1475 bələdiyyə üzrə məlumatlar hazırda MSK-nın bazasındadır.

Qeyd edək ki, bələdiyyə üzvlüyü uğrunda mübarizəyə qatılanlar arasında tanınmış şəxslər də var. Hazırda onların üzv seçilib- seçilmədiyi maraq doğurur.
Həmin tanınmış şəxslərdən biri də ictimai fəal Vəfa Nağıyeva idi. MSK-nın bazasında yerləşdirilən məlumata əsasən, V. Nağıyeva Neftçalanın Xol Qaraqaşlı bələdiyyəsinə 113 səslə üzv seçilib.

"Azadinform” saytının baş redaktoru Niyaz Niftiyev də Binəqədi qəsəbəsinin bələdiyyəsinə üzv seçilənlərdəndir. O, seçicilərin 3486 səsini toplayıb. Hazırkı nəticəyə əsasən liderdir.

31 saylı Suraxanı seçki dairəsindən Qaraxaçuxur bələdiyyəsinin üzvlüyünə namizəd olan bloqqer Mehman Hüseynovun adı isə açıqlanan ilkin siyahıda yoxdur.

Həmçinin Binəqədi qəsəbəsi bələdiyyəsinin üzvlüyünə namizəd olan gənc fəal Rəbiyyə Məmmədovanın da adı MSK-nın ilkin nəticələrində yer almayıb.

Qeyd edək  ki, hazırda maraq doğuran üzvlərdən əlavə, bələdiyyə sədrlərinin necə seçilməsidir. Bu məsələ "Bələdiyyələrin statusu haqqında” qanunun 19-cu maddəsinin 3-cü bəndinə əsasən tənzimlənir. Belə ki, bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur.

Əgər ehtiyac olarsa, bələdiyyə sədrinin müavinlərini seçir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvlərinin yarıdan çoxunun səsini topladıqda seçilmiş hesab olunur. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Ermənistanda ikinci cəbhə aça bilərmi?
Siyasət 10:04
Rusiya Ermənistanda ikinci cəbhə aça bilərmi?
Dörd əcnəbi Azərbaycan sərhədini keçməyə cəhd edərkən saxlanılıb
Siyasət 08:37
Dörd əcnəbi Azərbaycan sərhədini keçməyə cəhd edərkən saxlanılıb
Yerevanda Qalstanyan tərəfdarları saxlanılıb
Siyasət 14:26
Yerevanda Qalstanyan tərəfdarları saxlanılıb
Gürcüstan azərbaycanlılar da daxil olmaqla onlarla əcnəbini ölkədən çıxarıb
Siyasət 14:22
Gürcüstan azərbaycanlılar da daxil olmaqla onlarla əcnəbini ölkədən çıxarıb
İlham Əliyev Mərakeşin Kralını təbrik edib
Siyasət 11:13
İlham Əliyev Mərakeşin Kralını təbrik edib

Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib
Siyasət 10:26
Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib

İsrailin yeni səfiri Azərbaycana gəlib
Siyasət 09:35
İsrailin yeni səfiri Azərbaycana gəlib
Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib
Siyasət 21:59
Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib
Ermənistan-Azərbaycan sərhədində sakitlik müşahidə olunur
Siyasət 11:04
Ermənistan-Azərbaycan sərhədində sakitlik müşahidə olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol