Namizədlərin plakatları qəsdən cırılır - İDDİA FOTO
![Namizədlərin plakatları qəsdən cırılır - İDDİA FOTO Namizədlərin plakatları qəsdən cırılır - İDDİA FOTO](https://anews.az/photo/850x500/2020-01/1580388047_84710337_2359193114343700_2616168797375037440_n.jpg)
Parlament
seçkilərinə sayılı günlər qalmış namizədlər maneələrlə qarşılaşıb.
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinidən müstəqil
namizəd Kərim Kərimlinin posteri cırılaraq yerə atılıb.
![](https://anews.az/file/articles/2020-01/1580388046_83356246_2359196494343362_767448576337903616_n.jpg)
Onun sözlərinə görə, hadisə 29 yanvar tarixində Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən 2 saylı seçki məntəqəsində baş verib.
![](https://anews.az/file/articles/2020-01/1580388047_84710337_2359193114343700_2616168797375037440_n.jpg)
14 saylı Xəzər rayon seçki dairəsindən namizəd Cavid Qəmbərov, Nərimanov rayon 19 saylı seçki dairəsindən namizəd Vəliyəddin Quliyev də bir neçə məntəqədə belə bir halla qarşılaşıblar.
![](https://anews.az/file/articles/2020-01/1580388105_84332629_2359196527676692_1854244047195996160_n.jpg)
Namizədlərin verdiyi məlumata görə, posterləri korlayan şəxslərin kimliyi məlum deyil. "Hətta kamera görüntülərində belə bu şəxslərin üz cizgiləri görünmür" - Cavid Qəmbərov bildirib.
![](https://anews.az/file/articles/2020-01/1580388121_83633379_2359196577676687_8225765882635223040_n.jpg)
![](https://anews.az/file/articles/2020-01/1580388096_lens.jpg)
Məsələylə bağlı MSK-nın mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, məlumat əldə etmək mümkün olmayıb.
Tural Türksoy
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)