• $ 1.7
  • € 1.9983
  • ₽ 0.022141
  • ₺ 0.0388
  • £ 2.2849

Ərdoğanın Bakı səfərindən sonra Naxçıvanla sərhəd açıldı

Ərdoğanın Bakı səfərindən sonra Naxçıvanla sərhəd açıldı
29.05.2020 06:05
Naxçıvan-Dilucu sərhəd məntəqəsində Türkiyə tərəfindən tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb və məntəqənin fəaliyyəti bərpa edilib. Azərbaycanda koronavirus infeksiyasının aşkarlanmamasına baxmayaraq, Türkiyənin Naxçıvan-Dilucu sərhəd məntəqəsini əvvəlcədən hər-hansı bir müzakirə aparılmadan və xəbərdarlıq edilmədən bağlaması ölkəmizin ictimaiyyətində təəccüb doğurmuş, narahatlıq yaratmışdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana fevralın 25-də gözlənilən səfəri ərəfəsində coğrafi baxımdan həssas bölgədə yerləşən Naxçıvanla sərhədin bağlanmasına dair qərarın verilməsi birmənalı qarşılanmamışdı.

Məsələ ilə əlaqədar KİV-də çoxsaylı materiallar yayımlanmışdı. Məlumatlarda Azərbaycan ictimaiyyəti Türkiyənin Naxçıvanla sərhəd keçid məntəqəsini heç bir səbəb olmadan bağlamasını xoşagəlməz hal himi qiymətləndirirdi və bu qərarın ləğv olunacağına ümid edilirdi. Azərbaycan ictimaiyyəti həm də Türkiyə Prezidentinin ölkəmizə səfəri zamanı digər məsələlərlə yanaşı, sərhədin bağlanmasının da yüksək səviyyədə müzakirə olunacağını və anlaşılmazlığın aradan qaldırılacağını gözləyirdi.

Türkiyə Prezidentinin ölkəmizə səfəri zamanı keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun da iştirak etməsi və onun Prezident İlham Əliyevin bilavasitə yanında oturması da diqqətdən yayınmayıb. 

Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvan-Dilucu sərhəd məntəqəsi ilə bağlı yaranmış problemin aradan qaldırılması Azərbaycan Prezidentinin xüsusi diqqətində olub, dövlət başçıları arasında aparılan danışıqlarda bu məsələ də qaldırılıb və Azərbaycanda koronavirus aşkar olunmadığı, bununla əlaqədar müvafiq profilaktik tədbirlərin görüldüyü Türkiyə tərəfinin diqqətinə çatdırılıb. Məhz bunun nəticəsidir ki, bu gün Prezident R.T.Ərdoğanın tapşırığına əsasən, Naxçıvan-Dilucu sərhəd məntəqəsində Türkiyə tərəfindən tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb və məntəqənin fəaliyyəti bərpa edilib. (Qafqazinfo)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fuat Oktay высказался о «Маршруте Трампа» (TRIPP)
Siyasət 10:19
Fuat Oktay высказался о «Маршруте Трампа» (TRIPP)
Fuad Oktay Azərbaycana gəlib
Siyasət 23:11
Fuad Oktay Azərbaycana gəlib
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Siyasət 20:00
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Ceyhun Bayramov qambiyalı həmkarı ilə telefon danışığı aparıb
Siyasət 16:32
Ceyhun Bayramov qambiyalı həmkarı ilə telefon danışığı aparıb
İlham Əliyev WUF13-lə bağlı bəzi vergi güzəştlərinin tətbiqini təsdiqləyib
Siyasət 15:13
İlham Əliyev WUF13-lə bağlı bəzi vergi güzəştlərinin tətbiqini təsdiqləyib
Prezident nazirin iki müavini işdən azad edib
Siyasət 14:05
Prezident nazirin iki müavini işdən azad edib
"Sonsuz dəhliz” filminin əsl müəllifi kimdir?
Siyasət 13:51
"Sonsuz dəhliz” filminin əsl müəllifi kimdir?
Prezident İlham Əliyev Bruney Sultanı və Yapon İmperatorunu təbrik edib
Siyasət 11:42
Prezident İlham Əliyev Bruney Sultanı və Yapon İmperatorunu təbrik edib
Prezident "AzerGold"un əməkdaşlarını təltif edib
Siyasət 11:33
Prezident "AzerGold"un əməkdaşlarını təltif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol