• $ 1.7
  • € 2.0167
  • ₽ 0.022015
  • ₺ 0.0389
  • £ 2.314

Silah məsələsinə görə Serbiya Azərbaycana nümayəndə heyəti göndərirAzərbaycana nümayəndə heyəti göndərir

Silah məsələsinə görə Serbiya  Azərbaycana nümayəndə heyəti göndərirAzərbaycana nümayəndə heyəti göndərir
07.08.2020 21:00
Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Azərbaycanın hərbi qulluqçularının həlak olması ilə əlaqədar başsağlığı verib.

Anews.az-ın xəbərinə görə, dövlət başçısı başsağlığını avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı çatdırıb.
Eyni zamanda, Serbiya Prezidenti bu hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib. O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksəksəviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Aleksandr Vuçiç Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq bunun təsdiqi kimi, Azərbaycan Prezidentini Serbiyaya rəsmi səfərə dəvət edib.

Telefon zənginə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan tərəfinin Azərbaycanın hərbi və mülki mövqelərini atəşə tutması zamanı Serbiya istehsalı olan hərbi sursatlardan istifadə etməsi faktı Azərbaycan cəmiyyəti tərəfindən narahatlıqla qəbul edilib və bu atəşin nəticəsində hərbi qulluqçularımız və o cümlədən mülki şəxsimiz həlak olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin Almaniya səfərindən görüntülər
Siyasət 11:55
Prezidentin Almaniya səfərindən görüntülər
İlham Əliyev Vuçiçə təbrik məktubu ünvanlayıb
Siyasət 11:10
İlham Əliyev Vuçiçə təbrik məktubu ünvanlayıb
Prezidentin Münxen Təhlükəsizlik Konfransında keçirdiyi görüşlərlə bağlı paylaşım edilib
Siyasət 10:13
Prezidentin Münxen Təhlükəsizlik Konfransında keçirdiyi görüşlərlə bağlı paylaşım edilib
Prezident Münxendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak edib - Yenilənib
Siyasət 23:55
Prezident Münxendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak edib - Yenilənib
Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb
Siyasət 21:39
Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb
Əliyev: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq
Siyasət 19:29
Əliyev: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq
Prezident Münxendə görüşlər keçirdi - Yenilənib
Siyasət 19:26
Prezident Münxendə görüşlər keçirdi - Yenilənib
Prezident Zelenski ilə görüşüb
Siyasət 18:49
Prezident Zelenski ilə görüşüb
İlham Əliyev Kaya Kallasla görüşüb
Siyasət 18:24
İlham Əliyev Kaya Kallasla görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol