• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

Siyavuş Novruzovla bağlı YAP-dan AÇIQLAMA

Siyavuş Novruzovla bağlı YAP-dan AÇIQLAMA
16.09.2020 09:23
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov partiyada yeni vəzifəyə təyin olunub. Aydın Hüseynova YAP-da Təşkilat şöbəsinin müdiri vəzifəsi həvalə olunub.

Bu təyinatdan sonra sosial şəbəkələrdə deputat Siyavuş Novruzovun istefa verdiyi YAP icra katibinin müavini vəzifəsinin də Aydın Hüseynova tapşırıldığını iddia edənlər var.

Anews.az xəbər verir ki, partiyanın mətbuat katibi Hüseyn Paşayev isə Modern.az-a sözügedən iddiaların tamamilə əsassız olduğunu qeyd edib:
"Təşkilat şöbəsinin müdiri vəzifəsi tamam fərqli təyinatdır. Bu, icra katibinin müavini demək deyil. İcra katibinin müavini postu hələlik boşdur”.

H.Paşayev onu da qeyd edib ki, YAP İcra katibinin müavini vəzifəsinə partiya sədrinin təqdimatı , İdarə Heyətinin təsdiq etməsi ilə təyinat mümkün ola bilər:
"YAP sədri, cənab prezident İlham Əliyevin təqdimatı və partiya İdarə Heyətinin təsdiq etməsi ilə icra katibinin müavininin kimliyi müəyyənləşəcək. Belə bir addım atıldıqda, mütləq ictimaiyyətə də məlumat veriləcək”.

Xatırladaq ki, YAP icra katibinin keçmiş müavini, deputat Siyavuş Novruzov idi. O, koronovirus pandemiyası ilə bağlı xüsusi karantin rejiminin qaydalarını pozaraq, akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirakına görə, həm ictimai qınağa, həm də inzibati məsuliyyətə cəlb edildi. Bundan sonra Siyavuş Novruzov partiyada tutduğu vəzifədən istefa verdi. Hazırda qeyd edildiyi kimi, hakim partiyada icra katibinin müavini postuna təyinat olmayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan 2 əcnəbi ölkəsinə təhvil verildi
Siyasət 18:17
Beynəlxalq axtarışda olan 2 əcnəbi ölkəsinə təhvil verildi

Avropa İttifaqı Rusiyadan qaz idxalını qadağan edən qanunu təsdiqləyib
Siyasət 14:01
Avropa İttifaqı Rusiyadan qaz idxalını qadağan edən qanunu təsdiqləyib
İsrail Azərbaycana investisiya qoymaq istəyir - İsrailin XİN naziri
Siyasət 13:23
İsrail Azərbaycana investisiya qoymaq istəyir - İsrailin XİN naziri
Nazir: Azərbaycan–İsrail münasibətləri ildən-ilə dərinləşir
Siyasət 13:12
Nazir: Azərbaycan–İsrail münasibətləri ildən-ilə dərinləşir
Bayramovun israilli həmkarı ilə görüşü başlayıb
Siyasət 12:06
Bayramovun israilli həmkarı ilə görüşü başlayıb
Prezident İsrail XİN rəhbərini qəbul edib - Fotolar
Siyasət 10:41
Prezident İsrail XİN rəhbərini qəbul edib - Fotolar
Daşaltı əməliyyatından 34 il ötür
Siyasət 00:22
Daşaltı əməliyyatından 34 il ötür
Sahibə Qafarova Bəhreyndə daha bir görüş keçirdi
Siyasət 21:53
Sahibə Qafarova Bəhreyndə daha bir görüş keçirdi
Sahibə Qafarova bəhreynli həmkarı ilə görüşüb
Siyasət 20:18
Sahibə Qafarova bəhreynli həmkarı ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol