• $
  • £

Səfər Mehdiyev Corc Diklə görüşdü

Səfər Mehdiyev Corc Diklə görüşdü
23.09.2021 19:11
Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.

DGK-dən Anews.az-a verilən məlumata görə, Səfər Mehdiyev Azərbaycanla İsrail arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən razılığını bildirərək, bütün sahələrdə olduğu kimi, gömrük sferasında da səmərəli və işgüzar əlaqələrin qurulduğunu söyləyib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsindən bəhs edən Komitə sədri Qarabağ münaqişəsinin sona yetməsi nəticəsində regionda yeni iqtisadi imkanların yarandığını deyib. 

Azərbaycanla İsrail arasında ticarət dövriyyəsindən də bəhs edən Səfər Mehdiyev gömrük orqanlarının da bu sahədə mühüm rol oynadığını bildirib. 

Corc Dik Vətən müharibəsində qazanılan qələbə münasibətilə təbriklərini çatdırıb, işğaldan azad olunan ərazilərə səfərinin onda zəngin təəssüratlar yaratdığını bildirib. İsrail Dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayan səfir iki ölkə arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirib, gömrük orqanları arasındakı əlaqələrdən bəhs edib və birgə əməkdaşlığın perspektivlərindən danışıb.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Tokayevi təbrik edib
Siyasət 16:23
İlham Əliyev Tokayevi təbrik edib
Prezident sərəncam imzalayıb
Siyasət 10:41
Prezident sərəncam imzalayıb
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı olub
Siyasət 23:19
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı olub
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Siyasət 13:38
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Siyasət 12:36
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Siyasət 10:33
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol