İran səfirliyi sərhəddə hərbi texnika yığmasına münasibət bildirib

İranın Azərbaycandakı səfirinin köməkçisi Seyid Əli Musəvi sosial şəbəkələrdə İranın Azərbaycanla sərhəddinə hərbi texnika cəlb etməsinə münasibət bildirib. Bu barədə səfir köməkçisi İctimai kanala müsahibə verib.
"İranda SEPAH rəsmi kanalı yoxdur. Bu cür xəbərləri rəsmi mənbələrdən dəqiqləşdirmək lazımdır. Sosial şəbəkələrdə yayılan xəbərlər saxtadır. Bu cür xəbərlər Tehran Azərbaycan münasibətlərini pozmaq üçün yayılır", deyə səfir köməkçisi bildirib.
Dünən Azərbaycanın Qarabaqda "Qisas" adlı hərbi əməliyyatlarından sonra sosial şəbəkələrdə İranın Azərbaycanla sərhəddinə hərbi təlim məqsədilə texnikaların cəlb olunması xəbərləri yayılıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 