• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

UEFA “Qarabağ”ın 1 dəqiqəlik sükutla bağlı müraciətini rədd edib

UEFA “Qarabağ”ın 1 dəqiqəlik sükutla bağlı müraciətini rədd edib
15.09.2022 14:39
UEFA "Qarabağ" futbol klubunun Azərbaycan – Ermənistan sərhədində dünyasını dəyişən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmək barədə müraciətini rədd edib. Bu barədə "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəisi Gündüz Abbaszadə məlumat verib.  
 
"UEFA cavabında bildirib ki,  narahatlığınızı başa düşür, anlayışla qarşılayırıq. Lakin bu məsələ futbolla bağlı olmadığı üçün icazə verə bilmərik”, - Gündüz Abbaszadə bildirib.  
 
CBC Sport-un xəbərlər xidmətinin direktoru Şəmsəddin Abbasov öz feysbuk hesabında məsələyə münasibət bildirib.
 
"O zaman Böyük Britaniya Kraliçası İkinci Yelizavetanın xatirəsi nəyə əsasən çempionlar liqası görüşləri öncəsi yad edilib?lizavetanın futbolla nə bağlılığı olub? İnanıram sabah "Qarabağ” öz qələbəsi ilə bizim qardaşlarımızın, qəhramanlarımızın xatirəsini yad edib bu qələbəni onlara həsr edəcək! Allah Şəhidlərimizə rəhmət eləsin!”. 

 UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək   "Qarabağ” – "Nant” görüşü Tofiq Bəhramov adına Respublika stadionunda   saat 20:45-də keçiriləcək.  
 
Məhluqə Tağıyeva


 
 
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident onları mükafatlandırdı - SƏRƏNCAM
Siyasət 15:12
Prezident onları mükafatlandırdı - SƏRƏNCAM
Nazir: İdmançılarımız mediaya qapalı şəkildə hoteldə saxlanılır
Siyasət 11:31
Nazir: İdmançılarımız mediaya qapalı şəkildə hoteldə saxlanılır
Azarkeşlər hökuməti istefaya səslədi, Baxçalı üzvlükdən imtina etdi - Video
Siyasət 10:28
Azarkeşlər hökuməti istefaya səslədi, Baxçalı üzvlükdən imtina etdi - Video
UEFA “Qarabağ”ın 1 dəqiqəlik sükutla bağlı müraciətini rədd edib
Siyasət 14:39
UEFA “Qarabağ”ın 1 dəqiqəlik sükutla bağlı müraciətini rədd edib
Bu mərasimdə Azərbaycanı Əli Əhmədov təmsil edəcək
Siyasət 14:36
Bu mərasimdə Azərbaycanı Əli Əhmədov təmsil edəcək
Prezident
Siyasət 14:32
Prezident "QARABAĞ" komandası ilə bağlı sərəncam verdi
Prezident
Siyasət 14:28
Prezident "Qarabağ" futbol klubunun üzvlərini qəbul edib - YENİLƏNİB
Erməni futbolçular Xocavənddə Azərbaycan bayrağını tapdalayıb keçir - VİDEO
Siyasət 11:40
Erməni futbolçular Xocavənddə Azərbaycan bayrağını tapdalayıb keçir - VİDEO
İlham Əliyev onu təltif etdi
Cəmiyyət 18:15
İlham Əliyev onu təltif etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol