Paşinyan sabah İrana gedəcək - Hansı məsələr müzakirə oluna bilər? - ŞƏRH
![Paşinyan sabah İrana gedəcək - Hansı məsələr müzakirə oluna bilər? - ŞƏRH Paşinyan sabah İrana gedəcək - Hansı məsələr müzakirə oluna bilər? - ŞƏRH](https://anews.az/photo/850x500/2022-10/1667219700_5b8fca5b-2dfc-3ae5-b929-524d0150af63_850.jpg)
Ermənistan baş naziri Nikol Paşinyan noyabrın 1-də İrana səfərə gedəcək. Bu barədə İranın yerli KİV-ləri məlumat yayıb.
Belə ki, İran prezidenti İbrahim Rəisi ilə Nikol Paşinyanın görüşü gözlənilir. Görüş zamanı bir sıra regional və ikitərəfli məsələlərin müzakirə ediləcəyi nəzərdə tutulub.
İran və Qafqz üzrə siyasi şərhçi Kerim Askerinin fikrincə Paşinyanın İranın səfərə etməsinin Azərbaycan və Ermənistan üçün əhəmiyyəti var.
İran və Qafqz üzrə siyasi şərhçi Kerim Askerinin fikrincə Paşinyanın İranın səfərə etməsinin Azərbaycan və Ermənistan üçün əhəmiyyəti var.
"Nikol Paşinyanın İrana səfəri İran prezidentinin dəvəti ilə bağlıdır. Ermənistanın baş naziri görüşdə bir sira siyasi və iqtisadi məsələləri müzakirə edəcək. Bir necə gün öncə İran Qafanda tez-tələsik konsulluq açdı və Ermənistanın da Təbrizdə konsulluq açması məsələsi gündəmə gəldi. Eyni zamanda İranın Azərbaycanla sərhəddə hərbi təlim keçməsi Azərbaycana qarşı xəbərdarlıq, Erməsitana qarşı isə dostluq mesajı idi", - Kerim Askeri vurğulayıb.
Ekspert hesab edir ki, Paşinyanın bu görüşündə iki məsələni diqqətdə saxlamaq lazımdır.
"Birinci Zəngəzur dəhlizi, hansı ki, İran bu dəhlizin açılmasını qəti şəkildə istəmir. Dəfələrlə bunu açıq şəkildə də deyib. İkinci isə Xankəndi məsələsi. İran istəyir ki, hazırda Ermənistanın nəzarətində olan ərazilər Azərbaycana qaytarılmasın. Bir sözlə İran ümumiyyətlə Qarabağ məsələsinin həll olunmaması üçün cəhdlər edir, - Askeri bildirib.
Oktyabrın 21-də Ermənistanın Qafan şəhərində İranın Baş konsulluğu açılıb.Açılış mərasimində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian iştirak edib.
Ekspertlər isə İranın belə tez-tələsik Qafanda konsulluq açmasını bir növ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan səfərinə cavab kimi dəyərləndirirlər.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)