• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

MDB-nin Baş Qərargah Rəisləri Bakıya toplandı - FOTOLAR

MDB-nin Baş Qərargah Rəisləri Bakıya toplandı - FOTOLAR
08.04.2014 10:57
Bu gün Bakıda MDB Baş Qərargah Rəisləri Komitəsinin iclası başlayıb.APA-nın xəbərinə görə, iclasa Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan silahlı qüvvələrinin baş qərargah rəisləri, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri, MDB Müdafiə Nazirləri Şurasının katibi Aleksandr Sinayski qatılıb.Tacikistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavininin iştirakı planlaşdırılsa da, tədbirə qatıla bilməyib.Komitəyə üzv olan Ermənistan və Ukrayna nümayəndələri isə tədbirə gəlməyib.İştirakçılar əvvəlcə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.Tədbir Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun sədrliyi ilə başlayıb.Açılışda çıxış edən MDB Müdafiə Nazirləri Şurasının katibi Aleksandr Sinayski MDB-yə üzv dövlətlərin 2020-ci ilə qədər hərbi əməkdaşlıq sahəsində planlaşdırdığı tədbirlər barədə məlumat verib.Daha sonra müxtəlif ölkələrin nümayəndələri məruzələrlə çıxış ediblər.Qeyd edək ki, iclasda MDB dövlətləri arasında hərbi əməkdaşlığın inkişafına konseptual yanaşmalara baxılacaq, 2015-2020-ci illəri əhatə edən birgə tədbirlər müzakirə olunacaq.İclasın gedişində hərbi təyinatlı sistemlərin birgə yaradılması və təkmilləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır. Bununla yanaşı, “Birgə dövlət radiolokasiya tanıtma sisteminin inkişaf Konsepsiyası”nın layihəsini nəzərdən keçirəcək, “Silahlı qüvvələrin mühəndis qoşunlarının hərbi qulluqçularının statusu haqqında Razılaşma”, humanitar minatəmizləmə məsələləri, “Birlik dövlətlərin silahlı qüvvələrinin maraqlarına uyğun olaraq geoməkan məlumatların mübadiləsi barədə Saziş”in layihəsinə baxılacaq.İclasda MDB dövlətlərin Silahlı Qüvvələrinin hərbiçilərinin səhra hazırlığı (hava, dəniz) üzrə müsabiqələrin hazırlığı və təşkili ilə bağlı məsələlər də müzakirəyə çıxarılacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibə Qafarova Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb
Siyasət 20:30
Sahibə Qafarova Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb
60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib - XİN
Siyasət 18:19
60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib - XİN
Azərbaycandan İsrail rəhbərliyinə- Mesaj
Siyasət 14:19
Azərbaycandan İsrail rəhbərliyinə- Mesaj
PrezidentAfrim Qaşinini qəbul edib
Siyasət 11:35
PrezidentAfrim Qaşinini qəbul edib
Nazir Belarusa rəsmi səfərə gedib
Siyasət 22:02
Nazir Belarusa rəsmi səfərə gedib
Türkiyə və Ermənistan XİN rəsmiləri Ankarada görüşüb
Siyasət 20:19
Türkiyə və Ermənistan XİN rəsmiləri Ankarada görüşüb
Pənah Hüseyn istefa verib
Siyasət 17:47
Pənah Hüseyn istefa verib
İrandan 41 azərbaycanlı təxliyə olunub - XİN rəsmisi
Siyasət 12:48
İrandan 41 azərbaycanlı təxliyə olunub - XİN rəsmisi
Ərdoğan Azərbaycanı təbrik edib
Siyasət 19:30
Ərdoğan Azərbaycanı təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol