Erməni səfir tvitterdə Blinkeni işarələyib dəstək istədi
Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan ABŞ dövlət katibi Entoni Blinkenə Qarabağdakı humanitar böhranla müraciət edib. Bununla bağlı o öz Tvitter hesabında yazıb.
"Dağlıq Qarabağdakı humanitar böhranla bağlı narahatlığımız heç bir halda şişirdilmiş deyil. Böhran dərinləşir və Azərbaycan qazı kəsməkdə və yeganə humanitar yolu bağlamaqda davam edir, 30 mini uşaq olmaqla 120 min insanın həyatını təhlükə altına qoyur. Bu səbəbdən hərəkətə ehtiyac var”, - deyə Marukyan yazıda Blinkeni işarələyib.
Erməni mediası, 13 dekabrdan Azərbaycan tərəfinin Qarabağa qaz verilməsinin dayandırıldığını yazır.
"Azəriqaz” məsələ ilə bağlı açıqlamasında bildirib ki, Azərbaycanın sözügedən məsələ ilə heç bir əlaqəsi yoxdur.
"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə inteqrasiya olunmayıb”, - qurumdan bildirilib.
Bazar ertəsi, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri və ictimai fəalların sülhməramlılarının erməni təxribatlarına qarşı Şuşanın girişində aksiya keçirirlər. Belə ki, onlar faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq keçirilməsinə imkan yaradılmasını tələb edirlər.Aksiya iştirakçıları Sülhməramlıların rəhbəri Andrey Volkovun aksiya yerinə gəlməsini tələb edirlər.
Lida Abbaslı
www.anews.az
Anews TV
Rəsmi Youtube kanalımız