• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

BQXK-nın daha üç avtomobili Xankəndi-Laçın yolunda maneəsiz şəkildə hərəkət edib

BQXK-nın daha üç avtomobili Xankəndi-Laçın yolunda maneəsiz şəkildə hərəkət edib
25.12.2022 13:48
Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

Nəqliyyat vasitələri Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər.

Ümumilikdə üç avtomobil ərazidən keçid edib. Yük maşınında qida (uşaq qidası) və tibbi ləvazimatlar daşınıldığı ehtimal edilir. Yük Xankəndi xəstəxanasına çatdırılacaq. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Bu gün səhər saatlarında BQXK-ya məxsus avtomobillərin müşayiəti ilə Xankəndindən Ermənistana müalicə üçün 2 xəstə aparılıb.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 14 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibə Qafarova Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb
Siyasət 20:30
Sahibə Qafarova Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb
60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib - XİN
Siyasət 18:19
60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib - XİN
Azərbaycandan İsrail rəhbərliyinə- Mesaj
Siyasət 14:19
Azərbaycandan İsrail rəhbərliyinə- Mesaj
PrezidentAfrim Qaşinini qəbul edib
Siyasət 11:35
PrezidentAfrim Qaşinini qəbul edib
Nazir Belarusa rəsmi səfərə gedib
Siyasət 22:02
Nazir Belarusa rəsmi səfərə gedib
Türkiyə və Ermənistan XİN rəsmiləri Ankarada görüşüb
Siyasət 20:19
Türkiyə və Ermənistan XİN rəsmiləri Ankarada görüşüb
Pənah Hüseyn istefa verib
Siyasət 17:47
Pənah Hüseyn istefa verib
İrandan 41 azərbaycanlı təxliyə olunub - XİN rəsmisi
Siyasət 12:48
İrandan 41 azərbaycanlı təxliyə olunub - XİN rəsmisi
Ərdoğan Azərbaycanı təbrik edib
Siyasət 19:30
Ərdoğan Azərbaycanı təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol