• $
  • £

Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir- XİN

Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir- XİN
31.03.2023 16:08
Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi qurumun sözçüsü Ayxan Hacızadə İran XİN-in sözçüsü Nasir Kənaninin iddialarına cavabında deyib.

"Bildiririk ki, Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib.

Bunun əksinə, son zamanlar İran ərazisindən Azərbaycana qarşı təhdidlər səsləndirilir və təxribatlara yol verilir. Bunlara misal olaraq, Azərbaycanın sərhədləri boyu İran tərəfindən hərbi təlimlərin keçirilməsini, sərhəd üzərindən hərbi uşuşların həyata keçirilməsini, İranın vəzifəli şəxsləri tərəfindən anti-Azərbaycan bəyanatlarının verilməsini, SEPAH kimi İranın təhlükəsizlik strukturları tərəfindən hətta uşaqları cəlb etməklə və Xudafərin körpüsünün yanında Azərbaycan əleyhinə təhdid dolu video çarxların çəkilməsi və nümayişini, Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini qeyd etmək olar" - sözçü vurğulayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin İlham Əliyevə zəng edib
Siyasət 13:51
Putin İlham Əliyevə zəng edib
Sudan lideri Prezident İlham Əliyevə məktub ünvanlayıb
Siyasət 11:33
Sudan lideri Prezident İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çoxRusiya taxılı göndərilir
Siyasət 09:44
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çoxRusiya taxılı göndərilir
Bakı Təşəbbüs Qrupu kiberhücumlara məruz qalıb
Siyasət 21:01
Bakı Təşəbbüs Qrupu kiberhücumlara məruz qalıb
Suriya Prezidenti İlham Əliyevə zəng edib
Siyasət 19:26
Suriya Prezidenti İlham Əliyevə zəng edib
Niderland İrandakı səfirliyini Tehrandan Azərbaycana köçürüb
Siyasət 19:07
Niderland İrandakı səfirliyini Tehrandan Azərbaycana köçürüb
Ceyhun Bayramov Oman səfiri ilə regional məsələləri müzakirə edib
Siyasət 19:00
Ceyhun Bayramov Oman səfiri ilə regional məsələləri müzakirə edib
Finlandiya Prezidenti İlham Əliyevə zəng edib
Siyasət 18:59
Finlandiya Prezidenti İlham Əliyevə zəng edib
Baş nazir iclas keçirib - bır sıra tapşırıqlar verib
Siyasət 17:27
Baş nazir iclas keçirib - bır sıra tapşırıqlar verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol