Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək
![Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək](https://anews.az/photo/850x500/2023-05/1683267071_474ebb09-97c9-3600-86b3-440b95d33de8_850.jpg)
Mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
3 gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq.
Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki "Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edəcəklər.
Mayın 12-də isə "Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin rəsmi açılışı olacaq.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)