• $ 1.7
  • € 2.0386
  • ₽ 0.022208
  • ₺ 0.0392
  • £ 2.3529

Dünyanın hərbi güc siyahısı açıqlanıb - Azərbaycan neçəncidir? - STATİSTİKA

Dünyanın hərbi güc siyahısı açıqlanıb -  Azərbaycan neçəncidir? - STATİSTİKA
23.05.2023 15:53
Global Firepower (GFP) beynəlxalq təşkilatı 2006-cı ildən 2023-cü ilə qədər 145 ölkənin müasir hərbi gücə aid məlumatlarının unikal siyahısını təqdim edib. Bu barədə təşkilatın internet səhifəsində məlumat verilib.

GFP sıralaması hər bir ölkənin quruda, dənizdə və havada ənənəvi vasitələrlə döyüşən potensial müharibə qabiliyyətinin müəyyən edilməsinə əsaslanır. 

Təqdim edilən siyahıya əsasən ilk 5 yerdə müvafiq olaraq Amerika Birləşmiş Ştatları (ABŞ), Rusiya, Çin, Hindistan və Birləşmiş Krallıq qərarlaşıb.
Son dövrlərdə ölkə daxilində baş vermiş siyasi iğtişaşlarla dünyanın diqqətini öz üzərinə çəkmiş İran sıralamada 17-ci, Türkiyə isə 11-ci yerdədir.
145 ölkənin daxil olduğu siyahıda region ölkələrindən Türkiyə və İrandan geri qalan Azərbaycan 57-ci, Gürcüstan 85-ci, Ermənistan isə 94-cü sırada yer tutur.

Siyahının son beşliyini isə Liberiya, Somali, Moldova, Benin və Butan tamamlayır.

Millət vəkili Elşad Mirbəşiroğlu belə hesab edir ki, dünya ölkələri arasında 57-ci yerdə qərarlaşmaq kifayət qədər normal göstəricidir.

"Bu göstərici Azərbaycanın müasir və güclü orduya sahib olmasından xəbər verir. Nəzərə almaq lazımdır ki, biz uzun müddət münaqişə vəziyyətində olmuşuq, Ermənistan bizim torpaqlarımızı işğal altında saxlayıb. Buna baxmayaraq biz torpaqlarımızı öz gücümüz hesabına azad etməyi bacarmışıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında hər zaman vurğulayır ki, biz bununla kifayətlənə bilmərik, biz ordumuzu davamlı olaraq gücləndirmədəyik.  Hesab edirəm ki, dünyanın ən güclü 60 ölkəsindən biri olmaq kifayət qədər yaxşı göstəricidir”, – Elşad Mirbəşiroğlu qeyd edib.

Azərbaycanın silah idxalının 61%-i İsrailin, 22%-i Rusiyanın,  6,6%-i Belarusun payına düşür. 
 
Ayişə Zahid 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclisdə ABŞ nümayəndə heyəti ilə görüş keçirilib
Siyasət 11:58
Milli Məclisdə ABŞ nümayəndə heyəti ilə görüş keçirilib
Rusiya XİN Ermənistanın Türkiyə və Azərbaycana aparan dəmir yolları ilə bağlı müraciətinə baxır
Siyasət 23:01
Rusiya XİN Ermənistanın Türkiyə və Azərbaycana aparan dəmir yolları ilə bağlı müraciətinə baxır
Almaniya Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı alqışlayır
Siyasət 22:11
Almaniya Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı alqışlayır
Naxçıvanın Ali Məclisində yeni komissiyalar yaradılacaq
Siyasət 21:35
Naxçıvanın Ali Məclisində yeni komissiyalar yaradılacaq
Qaradağın icra başçısı vəzifəsindən azad edildi
Siyasət 19:48
Qaradağın icra başçısı vəzifəsindən azad edildi
Baş nazir iclas keçirib
Siyasət 17:49
Baş nazir iclas keçirib
Prezident sərəncam imzalayıb
Siyasət 16:26
Prezident sərəncam imzalayıb
BMT nümayəndəsi Hikmət Hacıyevlə görüşüb
Siyasət 14:30
BMT nümayəndəsi Hikmət Hacıyevlə görüşüb
İlham Əliyev İndoneziya Prezidentini Azərbaycana səfərə dəvət edib
Siyasət 12:57
İlham Əliyev İndoneziya Prezidentini Azərbaycana səfərə dəvət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol