• $
  • £

Prezident onları mükafatlandırdı - SƏRƏNCAM

Prezident onları mükafatlandırdı - SƏRƏNCAM
12.07.2023 15:12
Prezident İlham Əliyev Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 900 000 (doqquz yüz min) manat vəsait ayrılıb.


Sərəncamla, Gənclər və İdman Nazirliyi idmançılar arasında rəqabətin səviyyəsi, yarışların çətinlik dərəcəsi, ən yüksək nəticələrə görə medalların sayı nəzərə alınmaqla idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin idmançılara hissə-hissə ödənilməsinə dair qaydanı on beş gün müddətində hazırlayıb təsdiq etməlidir.


Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Hər il Azərbaycan xizəkçilik üzrə ya Dünya, ya da Avropa çempionatı ev sahibliyi edəcək - Prezident
Siyasət 09:29
Hər il Azərbaycan xizəkçilik üzrə ya Dünya, ya da Avropa çempionatı ev sahibliyi edəcək - Prezident
Prezident onları mükafatlandırdı - SƏRƏNCAM
Siyasət 15:12
Prezident onları mükafatlandırdı - SƏRƏNCAM
Nazir: İdmançılarımız mediaya qapalı şəkildə hoteldə saxlanılır
Siyasət 11:31
Nazir: İdmançılarımız mediaya qapalı şəkildə hoteldə saxlanılır
Azarkeşlər hökuməti istefaya səslədi, Baxçalı üzvlükdən imtina etdi - Video
Siyasət 10:28
Azarkeşlər hökuməti istefaya səslədi, Baxçalı üzvlükdən imtina etdi - Video
UEFA “Qarabağ”ın 1 dəqiqəlik sükutla bağlı müraciətini rədd edib
Siyasət 14:39
UEFA “Qarabağ”ın 1 dəqiqəlik sükutla bağlı müraciətini rədd edib
Bu mərasimdə Azərbaycanı Əli Əhmədov təmsil edəcək
Siyasət 14:36
Bu mərasimdə Azərbaycanı Əli Əhmədov təmsil edəcək
Prezident
Siyasət 14:32
Prezident "QARABAĞ" komandası ilə bağlı sərəncam verdi
Prezident
Siyasət 14:28
Prezident "Qarabağ" futbol klubunun üzvlərini qəbul edib - YENİLƏNİB
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol